9 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FİNCA AZERBAİJAN” Qeyri-Bank Kredit Təşkilatı MMM-nin buraxılış həcmi 2,5 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumata görə, dollar istiqrazları 11.07.2024-cü il tarixində ticarətə buraxılacaq.
Qeyd olunan istiqrazların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “FİNCA AZERBAİJAN” Qeyri-Bank Kredit Təşkilatı MMM
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2006019205
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi/Rəqabətli
İstiqrazın sayı: 2,500 (ədəd)
İlkin ticarət qiyməti: 1,000 ABŞ dolları
Buraxılış həcmi: 2,500,000 ABŞ dolları
İllik gəlirlilik faizi: 9%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 aydan bir aydakı günlərin sayı 30(otuz) götürülməklə ödəniləcəkdir
Tədavül müddəti: 18 ay
Ticarətə buraxılma tarixi: 11.07.2024
Anderrayter: “Unicapital İ.Ş” ASC