AZ

Bakı Fond Birjasında “FİNCA AZERBAİJAN” Qeyri-Bank Kredit Təşkilatı MMM-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

9 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FİNCA AZERBAİJAN” Qeyri-Bank Kredit Təşkilatı MMM-nin buraxılış həcmi 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Fins.az xəbər verir ki, istiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“FİNCA AZERBAİJAN” Qeyri-Bank Kredit Təşkilatı MMM

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2006019205

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi/Rəqabətli

İstiqrazın sayı

2,500 (ədəd)

İlkin ticarət qiyməti

1,000 ABŞ dolları

Buraxılış həcmi

2,500,000 ABŞ dolları

İllik gəlirlilik faizi

9%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 aydan bir aydakı günlərin sayı 30(otuz) götürülməklə ödəniləcəkdir

Tədavül müddəti

18 ay

Ticarətə buraxılma tarixi

11.07.2024

Anderrayter

“Unicapital İ.Ş” ASC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
3
fins.az

10Mənbələr