AZ

“FİNCA Azerbaijan”ın dollar istiqrazlarına 17 investordan 17 sifariş

“FİNCA AZERBAİJAN” Qeyri-Bank Kredit Təşkilatı MMM-nin buraxılış həcmi 2,5 milyon ABŞ dolları olan istiqrazlarının Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi 11 iyul 2024-cü il tarixində yekunlaşıb.

Marja.az Birja-ya istinadən xəbər verir ki, istiqrazlara 17 investor 17 sifariş təqdim edib. Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 2,5 milyon dollar, yerləşdirilən həcm də 2,5 milyon dollar təşkil edib. 

Qeyd edək ki, 9 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FİNCA AZERBAİJAN” Qeyri-Bank Kredit Təşkilatı MMM-nin buraxılış həcmi 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: “FINCA AZERBAİJAN” Qeyri-Bank Kredit Təşkilatı MMM

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2006019205: İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması: Kütləvi/Rəqabətli

İstiqrazın sayı: 2,500 (ədəd)

İlkin ticarət qiyməti: 1,000 ABŞ dolları

Buraxılış həcmi: 2,500,000 ABŞ dolları

İllik gəlirlilik faizi: 9%

Reallaşdırılmış həcm: 2,500,000 ABŞ dolları

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 2,500,000 ABŞ dolları

İnvestor sayı: 17

Sifariş sayı: 17

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 aydan bir aydakı günlərin sayı 30 (otuz) götürülməklə ödəniləcəkdir

Tədavül müddəti: 18 ay

İstiqrazların ödəmə tarixi: 11.01.2026

Anderrayter: “Unicapital İ.Ş” ASC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
1
marja.az

10Mənbələr