RU

"Ukrayna legionu" yaradılır - Zelenski elan etdi

Avropa Birliyinin müxtəlif ölkələrində yaşayan ukraynalıların hərbi təlim keçməsi üçün Polşa ərazisində “Ukrayna legionu” yaradılacaq.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında deyib. "Biz təhlükəsizlik sazişimizdə Polşa ərazisində “Ukrayna legionu”nun – yeni könüllü hərbi birləşmənin formalaşdırılması və təlim keçməsini müəyyən etmişik. Bizim Ukrayna-Polşa-Litva briqadası ilə bağlı çox müsbət təcrübəmiz var və biz bu təcrübə əsasında hazırda Polşada, Litvada və digər AB ölkələrində olan Ukrayna vətəndaşlarına könüllü şəkildə legiona qoşulmaq imkanı verəcəyik", - Zelenski qeyd edib.
Избранный
115
1
buta.tv

10Источники