AZ

Zelenski və Tusk təhlükəsizlik sazişi imzaladı (VİDEO)

Ukrayna prezidenti Volodimir Zelenski və Polşanın baş naziri Donald Tusk bazar ertəsi, iyulun 8-də Varşavada ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidentini ofisi məlumat yayıb https://www.youtube.com/live/GY9518DUR_A .

Razılaşmaya əsasən, Polşa Ukraynaya ən azı əlavə bir MiQ-29 eskadrilyasının (ən azı 14 qırıcı) tverilməsi imkanını nəzərdən keçirəcək.

Sənəd həmçinin artıq imzalanmış ikitərəfli təhlükəsizlik müqavilələri arasında ilk dəfə olaraq, Polşa istiqamətində atılan Ukrayna hava məkanında raket və dronların vurulması imkanlarını təmin edir.

İlk dəfə olaraq söhbət "Ukrayna Legionu" nun yaradılmasından -  Polşada və digər dövlətlərdə müvəqqəti yaşayan Ukrayna vətəndaşlarının qoşula biləcəyi Polşa ərazisində Ukraynanın Təhlükəsizlik və müdafiə qüvvələrinin şəxsi heyətinin hazırlanmasından gedir.

Nizami Bağırov
Seçilən
127
12
qaynarinfo.az

10Mənbələr