AZ

Ukrayna BMT Təhlükəsizlik Şurasını çağırır

Ukrayna Rusiya Silahlı Qüvvələrinin bugünkü raket hücumu, o cümlədən Kiyevdəki Oxmatdıt uşaq xəstəxanasına hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Polşanın baş naziri Donald Tusk ilə təhlükəsizlik sazişinin imzalanmasından sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

“Ukrayna indi Rusiyanın mülki infrastruktura, o cümlədən uşaq xəstəxanasına hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edir”, – deyə Zelenski bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
117
12
konkret.az

10Mənbələr