RU

Rusiyanın Tu-22M3 bombardmançı təyyarəsini oğurlamaq istədilər

Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-22MZ raketdaşıyan-bombardmançı təyyarəsini qaçırmaq cəhdini dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Rusiya Federasiyasının FTX-sı Ukrayna xüsusi xidmət orqanlarının Rusiya Aerokosmik Qüvvələrinin Tu-22M3 uzunmənzilli strateji bombardmançı təyyarəsini xaricdə qaçırmaq üzrə növbəti cəhdini dayandırıb”, – deyə məlumatda bildirilir.

Departament aydınlaşdırıb ki, Ukrayna kəşfiyyatı Rusiya hərbi pilotunu işə götürmək, ona pul ödəmək, həmçinin bombardmançı təyyarəni qaçırıb Ukraynaya endirmək üçün ona İtaliya vətəndaşlığı vermək niyyətində olub. Planın hazırlanmasında NATO kəşfiyyat xidmətləri iştirak edib.

Избранный
186
1
konkret.az

10Источники