AZ

Zakir Fərəcov vətəndaşları qəbul etdi - FOTOLAR

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində vətəndaş qəbulu keçirib.

"Unikal" xəbər verir ki, görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.

Sakinləri fərdi qaydada dinləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.

Sakinlər şəhər rəhbərinin vətəndaşlarla görüşərək problemlərin həllinə xüsusi önəm verməsini yüksək qiymətləndiriblər və bu cür qəbulların mütəmadi olaraq keçirilməsinin faydalı olduğunu bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
47
unikal.az

10Mənbələr