RU

Məsud Pezeşkianın andiçmə tarixi məlum oldu

Gələn həftə Məsud Pezeşkianın rəsmən prezident vəzifəsini icra etməsi mümkündür.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İslami Şura Məclisinin (parlament) deputatı Əli Əkbər Rəncbərzadə deyib.

Onun sözlərinə görə, seçilmiş prezidentin komandası hazır olan kimi andiçmə mərasimini keçirilə bilər.

“Parlament inaqurasiya mərasimi keçirməyə hazırdır. Seçilmiş prezidentin komandası hazır olduqda, elə ilk fürsətdə andiçmə mərasimini keçirmək olar. Parlamentdə tətil fasilənə baxmayaraq, seçilmiş prezidentin komandası hazır olarsa, bu həftə andiçmə mərasimini keçirə bilər. İnauqurasiya mərasiminə xarici qonaqlar da dəvət olunacaq".

Rəncbərzadə əlavə edib ki, bundan əvvəl Məsud Pezeşkian həm də millət vəkilliyindən istefa verməlidir. Parlament üzvləri də onun istefasına razılıq verməlidirlər".

"Cebhe.info"

Избранный
185
42
cebheinfo.az

10Источники