RU

UEFA Merih Demiralı CƏZALANDIRDI – RƏSMİ 

Türkiyə millisinin müdafiəçisi Merih Demiral AVRO-2024-ün 1/8 final mərhələsində Avstriya ilə görüşdə bozqurd işarəsi göstərdiyinə görə cəzalandırılıb.

Bizim.Media “NTV Spor”a istinadən xəbər verir ki, bu barədə UEFA qərar verib.

Belə ki, türkiyəli müdafiəçi 2 oyunluq cəza alıb. Türkiyə Futbol Federasiyası UEFA-nın bu qərarı ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək.

Qeyd edək ki, dünən Almaniyanın “Bild” nəşri Merihin 2 oyunluq cəza alması ilə bağlı xəbər yaymışdı. Lakin Türkiyə Futbol Federasiyası sözügedən xəbəri təkzib etmişdi.
Xatırladaq ki, Türkiyə sözügedən oyunda Avstriyanı 2-1 hesabı ilə məğlub etmişdi. Türkiyənin hər iki qolunun müəllifi isə Merih Demiral olmuşdu.

Bizim.Media

Избранный
203
50
bizim.media

10Источники