AZ

UEFA Türkiyə millisinin futbolçusunu diskvalifikasiya edib

Yazını böyüt
Yazını kiçilt

UEFA Türkiyə millisinin futbolçusu Merih Dəmiralı cəzalandırıb.

Hafta.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qurum 26 yaşlı oyunçunu 2 oyunluq diskvalifikasiya edib.

Qərarla razılaşmayan Türkiyə Futbol Federasiyası İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Qeyd edək ki, Merih Dəmiral Avropa çempionatının 1/4 final mərhələsinin Avstriyaya qalib gəldikləri (2:1) oyununda qol vurduqdan sonra “bozqurd” işarəsi göstərmişdi. UEFA buna görə də araşdırmaya başlamışdı.

Seçilən
84
2
hafta.az

10Mənbələr