AZ

İdmanUEFA Merih Demiralı cəzalandırıb, TFF CAS-a müraciət edəcək

SİZİN REKLAM BURADA!055 213 76 73

UEFA Türkiyə millisinin futbolçusu Merih Demiralı cəzalandırıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi 2 oyunluq diskvalifikasiya edilib.

Türkiyə Futbol Federasiyası (TFF) məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı. "Ay-ulduzlular" iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.

BAKU.WS

Seçilən
85
22
far.az

10Mənbələr