RU

Kürdəmirdə “Prius” AŞDI: Pakistan vətəndaşı dünyasını dəyişdi – FOTO

Kürdəmirdə ağır qəza baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota Prius” markalı maşının sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib və aşıb. 

Qəza zamanı bir nəfər Pakistan vətəndaşı elə hadisə yerindəcə dünyasını dəyişib, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır. 






Bizim.Media, Aran bürosu

Избранный
110
12
bizim.media

9Источники