Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tibb sahəsində həqiqi hərbi xidmətə və işə QƏBUL ELAN EDİR
Dövlət Sərhəd Xidmətində hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
· Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidmət keçmiş olmalı; · Fiziki cəhətdən sağlam olmalı; · Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.
Məhkumluğu olan və xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməmələri xahiş olunur.
Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına müraciət edə bilərlər.