AZ

Azərbaycan Dövlət Sərhəd Xidməti tibb sahəsində həqiqi hərbi xidmətə və işə - QƏBUL ELAN EDİR

Azərbaycan  Dövlət Sərhəd Xidməti tibb sahəsində həqiqi hərbi xidmətə və işə qəbul elan edir.

FED.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətində hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:
 
·      Təcili tibbi yardım həkimi;
·      Ümumi cərrah;
·      Cərrah-onkoloq;
·      Həkim-neyrocərrah;
·      Həkim-oftalmoloq;
·      Plastik cərrah;
·      Otorinolarinqoloq;
·      Üz-çənə cərrahı;
·      Həkim-uroloq;
·      Həkim-onkoloq;
·      Həkim-hematoloq;
·      Anestezioloq-reanimatoloq;
·      Həkim-travmatoloq;
·      Həkim-terapevt;
·      Həkim-endokrinoloq;
·      Həkim-qastroenteroloq;
·      Həkim-nevropatoloq;
·      Həkim-psixiatr;
·      Həkim-infeksionist;
·      Həkim-dermatoveneroloq;
·      Həkim-kardioloq;
·      Həkim-fizioterapevt;
·      Həkim-radioloq;
·      Tibb bacısı/feldşer.
 
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
 
·      Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
·      Fiziki cəhətdən sağlam olmalı;
·      Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.
 
Məhkumluğu olan və xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməmələri xahiş olunur.
 
Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına müraciət edə bilərlər.
 
Əlavə məlumat üçün:
 
Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski küçəsi 99
 
Əlaqə nömrəsi: (012) 564-16-92

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
10
fed.az

10Mənbələr