AZ

DSX-də tibb sahəsi üzrə çalışmaq istəyənlərin NƏZƏRİNƏ – VİDEO

Dövlət Sərhəd Xidməti (DSX) hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul elan edir.

Medianews.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Dövlət Sərhəd Xidmətində hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:

Təcili tibbi yardım həkimi;

Ümumi cərrah;

Cərrah-onkoloq;

Həkim-neyrocərrah;

Həkim-oftalmoloq;

Plastik cərrah; Otorinolarinqoloq;

Üz-çənə cərrahı;

Həkim-uroloq;

Həkim-onkoloq;

Həkim-hematoloq; Anestezioloq-reanimatoloq; Həkim-travmatoloq;

Həkim-terapevt;

Həkim-endokrinoloq;

Həkim-qastroenteroloq;

Həkim-nevropatoloq;

Həkim-psixiatr;

Həkim-infeksionist;

Həkim-dermatoveneroloq; Həkim-kardioloq;

Həkim-fizioterapevt;

Həkim-radioloq;

Tibb bacısı/feldşer.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

– Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

– Fiziki cəhətdən sağlam olmalı;

– Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Məhkumluğu olan və xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməmələri xahiş olunur.

Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına müraciət edə bilərlər.

Əlavə məlumat üçün:

Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski küçəsi 99

Əlaqə nömrəsi: (012) 564-16-92

Seçilən
155
10
medianews.az

10Mənbələr