RU

3 mindən çox ukraynalı məhbus Rusiyaya qarşı müharibəyə cəlb olunub

Şərti azadlığa buraxılan 3 mindən çox məhbus Ukrayna silahlı qüvvələrinin sıralarına qoşulub.

Editor.az bildirir ki, bu barədə Ukrayna Ədliyyə Nazirliyinin rəhbərinin müavini Yelena Vısotskaya məlumat verib. İdarənin hesablamalarına görə, məhkəmə bu yolla 27 minə yaxın məhbusu azad edə bilər. Elena Vysotskaya “Associated Press”ə bildirib ki, “Motivasiyanın çoxu evlərinə qəhrəman kimi getmək istəyən məhbuslardan gəlir”. Bəzi kateqoriyalı məhbusların səfərbər edilməsi haqqında qanunu mayın 17-də Ukrayna prezidenti Vladimir Zelenski imzalayıb. Məhkəmə tibbi komissiyanın, hərbi hissə komandirinin və məhkumun özünün razılığı əsasında onun sonrakı səfərbərliyi üçün şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edə bilər.

İlk məhbuslar mayın sonundan azad edilməyə başlanıb. Birinci dalğada onlar Ukrayna Silahlı Qüvvələrində 4 minə yaxın məhkumu səfərbər etməyi planlaşdırırlar, – deyə Ukraynanın ədliyyə naziri Denis Malyuska bildirib. Səfərbərlik iki və ya daha çox adamı qəsdən öldürmə, zorlama, Ukraynanın milli təhlükəsizliyinin əsaslarına qarşı cinayətlər və ya korrupsiyaya görə cəza çəkənlərə şamil edilməyəcək. Həmçinin, əvvəllər deputat və ya nazir kimi “məsul vəzifə” tutmuş məhkumlar Ukrayna Silahlı Qüvvələrinə çağırılmayacaqlar.

//Samir Qurbanov, Editor.az

Избранный
68
9
editor.az

10Источники