AZ

Ukrayna 5 min məhbusu orduya qəbul etdi

Məhkumların səfərbərliyə cəlb edilməsi barədə qanunun qüvvəyə mindiyi vaxtdan bəri 5 minə yaxın məhbus Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq üçün müraciət edib.

Axar.az xəbər verir ki, bunu “Quardian” qəzeti yazıb

Bildirilir ki, Silahlı Qüvvələrin sıralarında boşluqları doldurmaq üçün Ukraynada təsdiq edilmiş səfərbərlik qanununa əsasən 3,8 minə yaxın ukraynalı məhbus vaxtından əvvəl azad edilib.

Nəşrin Ukrayna Ədliyyə Nazirliyinə istinadən qeyd etdiyi kimi, 5,9 min məhbus Ukrayna Silahlı Qüvvələrinə qoşulmaqda maraqlı olduğunu bildirsə də, onların bəzilərinin müraciətlərindən səhhətlərinə görə imtina edilib.

Seçilən
67
9
axar.az

10Mənbələr