RU

Yanacağın qiymətinin artması avtomobil qiymətlərini ucuzlaşdıracaq - EKSPERT

Azərbaycanda "Ai-92" markalı benzinin və "Dizel" yanacağının qiymətinin dəyişməsi ölkədə avtomobil bazarındakı qiymətləri gündəmə gətirib.

Belə ki, hazırda ölkə ərazisində 1 milyon 500 mindən çox avtomobilin əksəriyyəti Ai-92 markali benzin və ya dizellə işləyir. Bəs bu yanacaqların qiymətinin dəyişməsi avtomobil bazarına necə təsir edəcək? 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Operativ Media”ya açıqlamasında bildirib ki, yanacağın qiymətinin dəyişməsi avtomobil bazarında yaxın aylarda hiss olunmayacaq:

"Benzinin qiymətləri ilə bağlı hər hansı bir hərəkətlər avtomobil bazarına təsir edir. Bu təsirlər ya mənfi olur, ya da müsbət. Ai-92 markalı benzinin və dizel yanacağının qiymətinin yüksəlməsi avtomobil bazarında maşınların qiymətinin yüksəlməsinə gətirməyəcək, əksinə qiymətlərin bir qədər, təxminən 5 faiz civarında enməsinə gətirib çıxaracaq, bunu zaman göstərəcək ki, benzinin qiymətinin dəyişməsiin bazara hansı dəyişiklikləri olacaq. Hər halda mən düşünürəm ki, ola bilsin ki, köhnə avtomobillərin qiymətində bir qədər də enmə müşahidə edilsin".

Ekspert onu da əlavə etdi ki, daha əvvəl yanacağın qiymətindəki dəyişiklik mühərrik həcmi böyük olan avtomobillərin qiymətinə təsir edib:

"Bundan əvvəlki vaxtlarda da olub. Aİ-95 markalı benzinin qiyməti 2 manat olanda. Benzin qiymətlərinin keçən dəfəki yüksəlməsi, dəyişməsindən sonra mühərrik həcmi böyük olan avtomobillərin qiymətində biz ucuzlaşma müşahidə etdik. Bu əlbəttə ki, köhnə avtomobillərə aiddir. Mühərik həcmi 3000 kubsantimetr və ondan daha çox yuxarı olan avtomobillərin qiymətində təəxminən 10 faiz civarında enmə müşahidə edilmişdi. Düşünürəm ki, yenədə benzin qiymətlərinin yüksəlməsi ilə mühərrik həcmi böyük olan nəqliyyat vasitələrinin qiymətində, köhnə nəqliyyat vasitələrinin qiymətində təxminən 5 faiz civarinda enmə müşahidə edilə bilər”.

Избранный
111
27
operativmedia.az

10Источники