AZ

Yanacağın qiyməti maşınların satış qiymətinə təsir edəcəkmi?

“Yanacağın qiymətinin dəyişməsi avtomobil bazarına təsir edəcək”.

Bu sözləri Hit.az-a nəqliyyat eksperti Aslan Əsədov deyib. 

Ekspert hesab edir ki, benzin və dizellə işləyən avtobillərə maraq azalacaq:

“Son dəyişiklik dizellə işləyən avtomobillərin qiymətinə ciddi təsir etməyəcək. Çünki belə avtomobillər yanacağı az sərf edir və ona görə də bu maşınlara tələbat çoxdur. Kiçik həcmli maşınlar isə qənaətli avtomobillərlə əvəz olunacaq. Yəni, sürücülər elektromobillərə üstünlük verəcək. Hazırki vəziyyət onu göstərir ki, ikinci və üçüncü əl avtomobillərin satışı ciddi təhlükə yaratmır”.

Sevinc


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
27
hit.az

10Mənbələr