RU

"Şerif"dən daha 2 transfer

style='margin-bottom:10px;'>

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Şerif” növbəti transferlərini reallaşdırıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Moldova təmsilçisi Mavritaniya milli komandasının və “Mets”in hücumçusu Papa Ndiaqa Yadeni heyətinə qatıb.

24 yaşlı forvard son mövsümü icarə əsasında Liqa 2 təmsilçisi “Qevilly Rouen”da keçirib. O, 36 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Şerif" həmçinin, şimali makedoniyalı müdafiəçi Stefan Despotovskini də heyətinə cəlb edib. "Srvena Zvezda"nın yetirməsi olan 21 yaşlı futbolçunun son klubu "Rabotniçki" olub. 

Qeyd edək ki, “Zirə” və “Şerif” arasındakı ilk görüş iyulun 11-də, cavab oyunu isə iyulun 18-də keçiriləcək.

 

Избранный
121
28
teleqraf.com

10Источники