AZ

“Zirə”nin rəqibindən 2 transfer

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Şerif” növbəti transferlərini reallaşdırıb.

“Football-plus.az” xəbər verir ki, Moldova təmsilçisi Mavritaniya milli komandasının və “Mets”in hücumçusu Papa Ndiaqa Yadeni heyətinə qatıb. 24 yaşlı forvard son mövsümü icarə əsasında Liqa 2 təmsilçisi “Qevilly Rouen”da keçirib. O, 36 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. "Şerif" həmçinin, şimali makedoniyalı müdafiəçi Stefan Despotovskini də heyətinə cəlb edib. "Srvena Zvezda"nın yetirməsi olan 21 yaşlı futbolçunun son klubu "Rabotniçki" olub.

Qeyd edək ki, “Zirə” və “Şerif” arasındakı ilk görüş iyulun 11-də, cavab oyunu isə iyulun 18-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
football-plus.az

3Mənbələr