AZ

Həmitlon MotoGP-dən komanda alır

Yeddiqat dünya çempionu Lyuis Həmilton MotoGP komandasının sahibi ola bilər. Məlumatlı mənbələr Formula 1 sürücüsünün nümayəndələrinin “Gresini Racing” ilə danışıqlar apardığını bildirir.

Ötən həftəsonu Həmiltonun nümayəndələri Assendə keçirilən MotoGP mərhələsinə gələrək komandanın olduğu yerdə görünüblər. Ehtimala görə, Lyuis artıq “Gresini Racing”in rəhbəri Nadiya Padovaniyə onun payını almaq üçün təklif göndərib.

“Ducati” ilə əməkdaşlıq edən MotoGP komandasının alışı Həmiltona maddi qazanc gətirə bilər. “Mercedes” komandasının sponsorları MotoGP-yə sərmayə yatırır. Lyuis əlaqələrdən istifadə edərək “Gresini Racing” layihəsinə “Monster Energy” və “Petronas”ı cəlb edə bilər.

Yarış komandasının mümkün satını Hamilton üçün yenilik deyil. Onun X44 komandası 2022-ci ildə Extreme E elektrik seriyasının çempionu olub. Lyuis həmçinin, 2022-ci ildən etibarən NFL-də çıxış edən “Denver Broncos” Amerika futbolu komandasının ortaqlarındandır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
28
futbolinfo.az

10Mənbələr