Avropa Komissiyası Meta-ya rəqəmsal qanunvericiliyin pozulması ilə bağlı xəbərdar edib.
“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.
Bildirilir ki, şirkət istifadəçiləri Instagram və Facebook-da reklamdan azad olmaq üçün ödənişli abunəliyə yazılmağa məcbur edir və imtina etsələr, onları şəxsi məlumatların toplanmasına razılıq verməyə məcbur edir.
Şirkətin belə qərarı istifadəçilərə alternativ təqdim etmədiyi üçün Aİ-nin Rəqəmsal Xidmətlər Aktını pozur. Bundan əlavə, Avropa Komissiyası hesab edir ki, korporasiya həddən artıq çox şəxsi məlumat toplayır.
Meta öz mövqeyini dəyişməsə, şirkəti qlobal dövriyyəsinin 20%-nə qədər cərimə gözləyir.