AZ

“Meta” bu ölkədə 63 min Feysbuk hesabını sildi

“Meta” şirkəti Nigeriyada fırıldaqçılarla mübarizə çərçivəsində, təxminən, 63 min Feysbuk hesabını silib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilir ki, “Yahoo oğlanları” kimi tanınan nigeriyalı onlayn fırıldaqçılar, özlərini maliyyə ehtiyacı olan şəxs və ya sərmayədən əla gəlir təklif edən Nigeriya şahzadələri kimi təqdim ediblər:

“Şəxsiyyətini gizlətmək üçün saxta hesablardan istifadə edən fırıldaqçılar əsasən ABŞ-da yetkin kişiləri hədəf alırlar. İnsanlardan pul almaq üçün onları hədələyir, intim mahiyyətli real, yaxud saxta kompromat fotoşəkilləri yayımlayacaqlarını bildirirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
axar.az

9Mənbələr