RU

AVRO-2024: İngiltərə sensasiyaya imkan verməyib

Bakı. TurkicWorld:

AVRO-2024-də 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, pley-offun ikinci günü Helzenkirhendə başlayıb.

İngiltərə millisi Slovakiya ilə üz-üzə gəlib. Uzun müddət hesabda geridə olan ingilislər 90+5-ci dəqiqədə hesabı bərabərləşdirib. Cud Bellingem sensasiyaya imkan verməyib. Əlavə vaxtın ilk dəqiqəsində Keyn 2-ci topu Slovakiyanın qapısından keçirib və komandası 1/4 finala yüksəlib.

Qeyd edək ki, günün digər matçında İspaniya ilə Gürcüstan qarşılaşacaq.

AVRO-2024
1/8 final
30 iyun
20:00. İngiltərə - Slovakiya - 2:1
Qollar: Cud Bellingem, 90+5, Harri Keyn, 91 - İvan Şrans, 25
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Helzenkirhen. "Aufşalke Arena"

Избранный
86
4
turkic.world

9Источники