AZ

AVRO-2024: İngiltərə sensasiyaya imkan verməyib – VİDEO

Bu gün AVRO-2024-də 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

TEMPİNFO xəbər verir ki, pley-offun ikinci günü Helzenkirhendə başlayıb.

İngiltərə millisi Slovakiya ilə üz-üzə gəlib. Uzun müddət hesabda geridə olan ingilislər 90+5-ci dəqiqədə hesabı bərabərləşdirib. Cud Bellingem sensasiyaya imkan verməyib. Əlavə vaxtın ilk dəqiqəsində Keyn 2-ci topu Slovakiyanın qapısından keçirib və komandası 1/4 finala yüksəlib.

Qeyd edək ki, günün digər matçında İspaniya ilə Gürcüstan qarşılaşacaq.

AVRO-20241/8 final30 iyun20:00. İngiltərə – Slovakiya – 2:1Qollar: Cud Bellingem, 90+5, Harri Keyn, 91 – İvan Şrans, 25Baş hakim: Halil Umut Meler (Türkiyə)Helzenkirhen. “Aufşalke Arena”

TEMPİNFO

Seçilən
125
4
tempinfo.az

9Mənbələr