AZ

AVRO-2024: İngiltərə 1/4 finalda

Bu gün AVRO-2024-də 1/8 final mərhələsinin İngiltərə-Slovakiya oyunu baş tutub. 

Yenisabah.az xəbər verir ki, Helzenkirhendə baş tutan oyun drammatik alınıb.

Uzun müddət hesabda geridə olan ingilislər 90+5-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Cud Bellingem sensasiyaya imkan verməyib. Əlavə vaxtın ilk dəqiqəsində Keyn ikinci topu Slovakiyanın qapısından keçirib və komandası 1/4 finala yüksəlib.

Qeyd edək ki, günün digər matçında İspaniya ilə Gürcüstan qarşılaşacaq.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
6
yenisabah.az

9Mənbələr