RU

İngiltərə 1/4 finalda

Avro-2024-də 1/8 final mərhələsi davam edir.

Bu günə nəzərdə tutulan 2 matçdan biri başa çatıb.

Əvvəlcə İngiltərə millisi Slovakiya ilə üz-üzə gəlib. Oyunda hesabı Slovakiya açıb və matçın son saniyələrinə qədər 1:0 öndə olub. İngiltərə millisi 90+5-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıb və görüşdə əlavə vaxt oynanılıb. İngiltərə millisi əlacı vaxtda daha bir qol vuraraq 2:1 hesablı qələbə qazanıb və 1/4 finala yüksəlib.

Digər oyunda İspaniya yığması turnirin debütantı Gürcüstan millisi ilə qarşılaşacaq. "Rayn-Energi” stadionunda keçiriləcək oyunu fransalı referi Fransua Letekse idarə edəcək. Bu görüş isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Avro-2024, 1/8 final

30 iyun

20:00. İngiltərə - Slovakiya - 2:1

Qol: İvan Şranç, 25, (0:1), Cud Bellinqem, 90+5 (1:1), Harri Keyn, 91 (2:1)

Baş hakim: Halil Umut Meler (Türkiyə)

"Veltins Arena"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
6
cbcsport.az

10Источники