Argentina millisinin baş məşqçisi Lionel Skaloninin köməkçisi olan Valter Samuel zədəli futbolçusu Lionel Messinin durumu barədə danışıb.
AzxeberSport ESPN-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Amerika Kubokunun 2-ci turunun Çili ilə oyununda sıradan çıxmışdı. Onun əzələsi dartılıb.
Valter Samuel isə 3-cü turun Peru ilə görüşündən sonra Messinin hazırkı durumu haqda bunları deyib:
“O, paltardəyişmə otağında idi. Biz onun artıq daha yaxşı olduğunu gördük. Durumu yaxşılaşır, lakin 1/4 final oyununa hələ bir neçə gün var. Ona görə də hazırda bu vəziyyət haqqında danışmaq tezdir. Biz hər gün Messinin vəziyyətini müzakirə edəcəyik, həkimlərlə danışacağıq”.