Zədəli futbolçu barədə Argentina millisinin baş məşqçisi Lionel Skaloninin köməkçisi Valter Samuel danışıb. Xatırladaq ki, 37 yaşlı hücumçu Amerika Kubokunun 2-ci turunun Çili ilə oyununda sıradan çıxmışdı. Əzələsi dartılan dünya çempionu Peru ilə matçı buraxmalı olmuşdu. Samuel bu oyundan sonra Messinin durumu haqda bunları deyib:
“O, paltardəyişmə otağında idi. Biz onun artıq daha yaxşı olduğunu gördük. Durumu yaxşılaşır, lakin 1/4 final oyununa hələ bir neçə gün var. Ona görə də hazırda bu vəziyyət haqqında danışmaq tezdi. Biz hər gün Messinin vəziyyətini müzakirə edəcəyik, həkimlərlə məsləhətləşəcəyik”.