Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin görüşlərinə start verilib.
90deqiqe.Az xəbər verir ki, ilk matçda İsveçrə və İtaliya yığmaları qarşılaşıb. Bakı vaxtı ilə saat 20:00-da başlayan görüşdə İsveçrə milli komandası İtaliya üzərində 2:0 hesablı inamlı qələbə qazanaraq 1/4 mərhələyə adlayıb.
20:00 İsveçrə - İtaliya 2:0
Qollar: Freuler, 37, Ruben Varqas, 46