AZ

Avro-2024: İsveçrə və Almaniya 1/4 finalda

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti görüşü keçirilib.

90deqiqe.Az xəbər verir ki, Almaniya yığması bu turda Danimarka millisi ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 23:00-da başlayan görüşdə Almaniya milli komandası rəqib üzərində 2:0 hesablı qələbəyə sevinərək 1/4 mərhələyə adlayıb.

23:00 Almaniya- Danimarka 2:0

Qollar: K.Haverts, 53 (pen), Camal Musiala, 68

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin görüşlərinə start verilib.

90deqiqe.Az xəbər verir ki, ilk matçda İsveçrə və İtaliya yığmaları qarşılaşıb. Bakı vaxtı ilə saat 20:00-da başlayan görüşdə İsveçrə milli komandası İtaliya üzərində 2:0 hesablı inamlı qələbə qazanaraq 1/4 mərhələyə adlayıb.

20:00 İsveçrə - İtaliya 2:0

Qollar: Freuler, 37, Ruben Varqas, 46

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
2
90deqiqe.az

3Mənbələr