“Qalatasaray” “Çelsi”dən icarəyə götürdüyü Hakim Ziyeçlə bağlı qərar verib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli vingerin transfer hüququna yiyələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sarı-qırmızılar” Ziyeç üçün İngiltərə klubuna təzminat ödəməyib. 31 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Təcrübəli ön xətt oyunçusunun illik maaşı 2,8 milyon avro olacaq. Qeyd edək ki, Hakim Ziyeç ötən mövsüm “Qalatasaray”ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта