AZ

“Qalatasaray” “Çelsi”li futbolçunu transfer etdi

“Qalatasaray” “Çelsi”dən icarəyə götürdüyü Hakim Ziyeçlə bağlı qərar verib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli vingerin transfer hüququna yiyələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sarı-qırmızılar” Ziyeç üçün İngiltərə klubuna təzminat ödəməyib. 31 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Təcrübəli ön xətt oyunçusunun illik maaşı 2,8 milyon avro olacaq. Qeyd edək ki, Hakim Ziyeç ötən mövsüm “Qalatasaray”ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.    

Seçilən
153
3
matc.az

4Mənbələr