RU

Lahıc-Dəmirçi-Şamaxı yolunda çatlar və yarğanlar yaranıb

Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolu yararsız hala düşüb. APA xəbər verir ki, aramsız yağan yağışlardan sonra yolda çökmələr yaranıb. Yolda bəzi yerlərdə 50-60 santimetr dərinliyində çatlar əmələ gəlib. Bundan əlavə, yolda yarganlar yaranıb. Yarğanların ümumi sayı 30-a yaxındır. Ən təhlükəli hal yolun Lahıc qəsəbəsinə çatan hissəsində müşahidə olunur. Ərazidə çökmənin sayı çox olduğundan təhlükəli vəziyyət yaranıb.

Избранный
25
5
avtosfer.az

6Источники