AZ

Lahıc-Dəmirçi-Şamaxı yolunda çat və yarğan yarandı

Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolu yararsız hala düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, aramsız yağan yağışlardan sonra yolda çökmələr yaranıb. Yolda bəzi yerlərdə 50-60 santimetr dərinliyində çatlar əmələ gəlib.

Bundan əlavə, yolda yarganlar yaranıb. Yarğanların ümumi sayı 30-a yaxındır. Ən təhlükəli hal yolun Lahıc qəsəbəsinə çatan hissəsində müşahidə olunur. Ərazidə çökmənin sayı çox olduğundan təhlükəli vəziyyət yaranıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
14
5
milli.az

6Mənbələr