Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Xurşud oğlu Cavadovla Sumqayıt şəhərində keçirilən vida mərasimi başa çatıb.
Missiya.Az "Report"-a istinadən xəbər verir ki, şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.