AZ

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Rəhim Rəsulovla vida mərasimi keçirilir - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəhim Əlyar oğlu Rəsulovun qalıqları Sumqayıt şəhərinə gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Rəhim Əlyar oğlu Rəsulov 1967-ci il dekabrın 19-da anadan olub. O, 1991-ci il dekabrın 28-də Kərkicahan kəndində itkin düşüb.

R.Rəsulov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.

Seçilən
72
6
qaziler.az

10Mənbələr