AZ

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Rəhim Rəsulov dəfn edilib

Xəbər verildiyi kimi qalıqları Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəhim Əlyar oğlu Rəsulovun nəşi Sumqayıt şəhərinə gətirilib.

Ednews  report-a istinadən xəbər verir ki, şəhid Rəhim Əlyar oğlu Rəsulovla Sumqayıt şəhərində keçirilən vida mərasimi başa çatıb.

Şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Qeyd edək ki, Rəhim Əlyar oğlu Rəsulov 1967-ci il dekabrın 19-da anadan olub. O, 1991-ci il dekabrın 28-də Kərkicahan kəndində itkin düşüb.

Seçilən
66
8
ednews.net

10Mənbələr