Araşdırmaya görə, respondentlərin 69%-i Baydenin yaşının onun effektiv lider olmasına mane olması ilə qəti şəkildə razılaşıb. Eyni zamanda ABŞ-lilərin 45%-i hazırkı prezidentin yaşının çox ciddi problem olduğunu və Baydenin ümumiyyətlə işinin öhdəsindən gələ bilmədiyini bildirib.
Sorğu onu da göstərib ki, seçki indi keçirilsəydi, seçicilərin 48%-i 78 yaşlı Donald Trampa, 42%-i isə Baydenə səs verəcəkdilər.
Qeyd edək ki, sorğu 1 225 ABŞ-li arasında keçirilib.
Xatırladaq ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də baş tutacaq. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31