AZ

Bayden istefa verəcək? - Bill Klintonun müşavirindən AÇIQLAMA

ABŞ Prezidenti Co Baydenin seçkidə Donald Trampı məğlub etmək şansı 25 faizdir. 


Sfera.az "Frankfurter Allgemeine Zeitung"ə (FAZ) istinadən  xəbər verir ki, bu barədə keçmiş Amerika lideri Bill Klintonun 1993-1995-ci illərdə Ağ Evdə daxili siyasət üzrə müşaviri Uilyam Qalston bildirib.

 

“Təsəvvür edək ki, bundan sonra hər şey yaxşı olacaq və Bayden üçün hər şey mükəmməl gedəcək. Onda onun şansı 25 və ya maksimum 33% təşkil edir, artıq yox”,- Qalston qeyd edib.

 

Qalston vurğulayıb ki, demokratların yeni prezidentliyə namizəd axtarıb-axtarmaması sualına dəqiq cavab yoxdur.

 

“Prezident Baydenin Donald Trampa qarşı zəif debat performansı seçkilərdə məğlubiyyət qorxusunu artırdı. Digər tərəfdən, hazırda onun dəyişdirilməsi prosesi ilə bağlı böyük qeyri-müəyyənlik var ki, bu da istənilən halda yalnız onun razılığı ilə mümkün olacaq”, - deyə Klintonun müşaviri izah edib.

 

Ekspert vurğulayıb ki, Baydenin prezidentlik yarışından geri çəkilməsi hazırda bütün partiyada fəal şəkildə müzakirə olunur. 

 

"Lakin sonda prezidentin özü istefasını elan edənə qədər bütün bu müzakirələr salon oyunudur",-o fikrini yekunlaşdırıb. 


İnci

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
50
sfera.az

10Mənbələr