Cəlilabadda su bəndində 1 nəfər batıb, axtarışı aparılır. Manset.az Report-a istinadən məlumatına görə, hadisə Gülməmmədli kəndində yerləşən su bəndində qeydə alınıb. Hazırda boğulan şəxsin axtarışı aparılır. Hadisənin təfərrüatları və boğulan şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma başlayıb.