AZ

HadisəCəlilabadda su bəndində batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Cəlilabad rayonunda su bəndində batan şəxsin meyiti tapılıb.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 2013-cü il təvəllüdlü Səməd Mənsurovun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə bu gün rayonun Gülməmmədli kəndində yerləşən su bəndində baş verib.

Faktla bağlı araşdırma aparılır.

18:17

Cəlilabadda su bəndində 1 nəfər batıb, axtarışı aparılır.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, hadisə Gülməmmədli kəndində yerləşən su bəndində qeydə alınıb.

Hazırda boğulan şəxsin axtarışı aparılır.

Hadisənin təfərrüatları və boğulan şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
3
far.az

10Mənbələr