Bakı. Trend:
Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan")2024-cü il üzrə illik Ümumi Yığıncağı keçirilib.
Ümumi Yığıncağın gündəliyində 2024-2026 dövr üçün DirektorlarŞurasının yeni üzvlərinin və Prezidentin seçilməsi olub.
Direktorlar Şurasındakı mövcud 10 vakant yer uğrunda özəlsektorun 13 görkəmli nümayəndəsi mübarizə aparıb.
Anonim səsvermə prosesində cəmiyyətdə güclü işgüzar nüfuza malikolan “AmCham Azərbaycan”ın daimi üzvlərinin səlahiyyətlinümayəndələri iştirak ediblər.
Səslərin hesablanması zamanı “AmCham Azərbaycan”ın səlahiyyətmüddəti bitmiş eks-prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu vidanitqi ilə çıxış edərək öz fəaliyyəti dövründə əldə etdiyinailiyyətlər və təşəbbüsləri haqqında geniş təqdimatla çıxışedib.
Səsvermə nəticəsində Direktorlar Şurasının yeni tərkibiaşağıdakı heyətdə formalaşmışdır:
Dəyanət Sadullayev, PAŞA Holding
Rəna Məmmədova, Coca-Cola Azərbaycan
Zaur Qurbanov, SOCAR
Zaur Allahverdizadə, Baker Hughes Services-in Azərbaycan vəGürcüstandakı nümayəndəliyi
İmran Əhmədzadə, NEQSOL Holding
Kənan Tabasaransky, Smart Solutions Group
Kamil Vəliyev, Dentons
Oskar Bogopolskiy, McDonald's Azerbaijan
Nuran Kərimov, Deloitte Azərbaycan
Babək H. Ağayev, PROSOL şirkəti
Vakant yerlər doldurulduqdan sonra, Yığıncağın gündəliyində yeniprezidentin seçilməsi dururdu. Səsvermə nəticəsində bu vəzifəyə“Paşa Holding”in aparat rəhbəri Dəyanət Sədullayev yekdilliklətəyin olundu.
İclas AmChamın icraçı direktoru Gülnarə Aslanbəylinin çıxışı iləyekunlaşdı. O, yeni təyin olunmuş prezidentə və İdarə Heyətininüzvlərinə ən xoş arzularını çatdırdı.
Qeyd edək ki, “AmCham Azərbaycan” xarici və yerli biznesinmaraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslıaparıcı ticarət-sənaye assosiasiyasıdır. Palata 1996-cı ildənölkədə fəaliyyət göstərir və hazırda ölkədəki xariciinvestisiyaların 80%-dən çoxunu təmsil edən 260 üzv şirkəti özündəbirləşdirir. “AmCham Azərbaycan” hökumətlə özəl sektor arasındakörpü rolunu oynayır və müvafiq dövlət qurumları ilə davamlıkonstruktiv və nəticəyönümlü dialoq aparır. Ölkənin ən böyük və ənnüfuzlu təşkilatlarından biri olan “AmCham Azərbaycan” palataüzvlərinin biznes maraqlarını təşviq edir və Azərbaycanda biznesmühitinin yaxşılaşdırılmasına töhfə verir.