AZ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

“AmCham

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") 2024-cü il üzrə illik ümumi yığıncağı keçirilib.

“AmCham Azərbaycan”dan AZƏRTAC-a bildirilib ki, ümumi yığıncağın gündəliyinə 2024-2026-cı illər üçün Direktorlar Şurasının yeni üzvlərinin və prezidentin seçilməsi məsələsi daxil olunub.

Direktorlar Şurasındakı mövcud 10 vakant yer uğrunda özəl sektorun 13 nümayəndəsi mübarizə aparıb.

“AmCham Azərbaycan”ın səlahiyyət müddəti bitmiş eks-prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu fəaliyyəti dövründə əldə olunan nailiyyətlər və təşəbbüslər haqqında geniş təqdimatla çıxış edib.

Səsvermə nəticəsində Direktorlar Şurasının yeni tərkibi müəyyən olunub, “Paşa Holding”in aparat rəhbəri Dəyanət Sədullayev yeni prezident seçilib.

Qeyd edək ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. Palata 1996-cı ildən ölkədə fəaliyyət göstərir. Hazırda Azərbaycandakı xarici investisiyaların 80 faizdən çoxunu təmsil edən 260 üzv şirkəti özündə birləşdirir.

Seçilən
72
6
azertag.az

10Mənbələr