RU

Kürdəmirdə velosipedçini avtomobil vurdu

Kürdəmirdə velosipedçini avtomobil vurub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.

Belə ki, "VAZ 21011" markalı avtomaşının sürücüsü kənd yolunda hərəkətdə olan velosipedçi 1958-ci il təvəllüdlü Eyyubov Hakim İnqilab oğlunu vurub.

Ağır bədən xəsarətləri alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.

Bizim Media, Aran bürosu

Избранный
88
12
bizim.media

10Источники