RU

Türkiyədən 3-cü Dünya Müharibəsi bəyanatı: “Biz istənilən senariyə hazırıq”

“Ölkəmiz başda olmaqla, heç kim Üçüncü Dünya Müharibəsi kimi qaranlıq mənzərə istəmir, ancaq ordumuz hər cür ssenariyə hazırdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr KİV-ə reaksiya ötürüb. Qeyd edək ki, bununla da nazir Hakan Fidanın III. Dünya müharibəsinə qeyri-rəsmi münasibəti sərgilənib.

Milli Müdafiə Nazirliyinin Həftəlik Mətbuat Məlumat Toplantısı keçirilib. Görüşdən sonra Milli Müdafiə Nazirliyindəki mənbələr sualları cavablandırıb.

Milli Müdafiə Nazirliyindəki mənbələr sosial mediada Türkiyə əsgərlərinin İraqın şimalındakı bəzi yaşayış məntəqələrində nəzarət-buraxılış məntəqələri qurduğunu əks etdirən görüntülərlə bağlı suala belə cavab verib:

“Türkiyə Silahlı Qüvvələrinin mülki əhalinin yaşadığı yaşayış məntəqələrinə daxil olması və orada nəzarət-buraxılış məntəqələri qurması mümkün deyil. Yaşayış məntəqələrində və əməliyyat ərazimizə yaxın ərazilərdə nəzarət məntəqələri İraqın yerli hakimiyyət orqanları tərəfindən yaradılıb və bu istiqamətdə İraq tərəfi ilə yaxşı koordinasiya var”.

Nazirlik mənbələri son FETÖ əməliyyatlarında bəzi növbətçi əsgərlərin saxlanılması ilə bağlı suallara belə cavab verib:

“FETÖ ilə mübarizəmiz həssaslıqla irəliləyir. Bu mübarizə yeni məlumatlar və sənədlər işığında davam edir. Bu davamlı bir proses olduğundan, prokurorlar kəşfiyyat bölmələri məlumat və sənədlərin haradan gəldiyini qiymətləndirdikdən sonra tədbir görürlər. Türk Silahlı Qüvvələri FETÖ ilə mübarizədə ən həssas qurumlardan biridir, çünki bu vəziyyətdən ən çox əziyyət çəkən qurum Türkiyə Silahlı Qüvvələridir. Bu səbəbdən də yeni məlumatlar və sənədlər yayıldıqca mübarizəmiz davam edəcək”.

Nazirlik mənbələri xarici işlər naziri Hakan Fidanın üçüncü dünya müharibəsi ehtimalının diqqətdən kənarda qalmaması ilə bağlı suallara belə cavab verib:

“Birinci və ikinci dünya müharibələrində olduğu kimi ölkəmizin müdafiə və təhlükəsizliyimizlə bağlı ciddi tədbirlərimizi, planlarımızı həyata keçiririk. Biz ən hazırlıqlı ölkələrdən biriyik. Silahlı Qüvvələrimiz artıq dinamik bir ordudur. Öz planlarını və logistikasını sınaqdan keçirmiş və təsdiq etmiş bir ordu kimi dünyanın bir çox yerində sülhə dəstək fəaliyyətləri həyata keçirir. Bütün bunlara baxmayaraq, ordumuz istənilən senariyə hazırdır”.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
24
konkret.az

10Источники