AZ

Türkiyə Ordusu Üçüncü Dünya Müharibəsinə hazır olduğunu BİLDİRDİ

Türkiyə Müdafiə Nazirliyi Cümhuriyyət Silahlı Qüvvələrinin üçüncü dünya müharibəsi də daxil olmaqla istənilən ssenariyə hazır olduğunu açıqlayıb. 


Sfera.az xəbər verir ki, bu barədə "TRT Haber"telekanalı məlumat yayıb.


Qeyd olunur ki, Türkiyə silahlı qüvvələri təhlükəsizlik təhdidlərinin qiymətləndirilməsinə uyğun olaraq mütəmadi olaraq taktika və planlarını yeniləyir.

 

“Ordumuz planlarını, maddi-texniki təminatını yoxlayıb, həmçinin dünyanın bir çox yerlərində sülhməramlı fəaliyyətlər həyata keçirir. Heç kim, xüsusən də Türkiyə Üçüncü Dünya Müharibəsi kimi qaranlıq mənzərəni istəmir, lakin ordumuzun istənilən ssenariyə hazır olduğunu vurğulamaq lazımdır”, - deyə idarənin mənbəsi bildirib.
İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
24
sfera.az

10Mənbələr