RU

Fransa məhkəməsi Bəşər Əsədin həbsinə dair orderi təsdiqləyib

Fransa məhkəməsi Suriya rejiminin lideri Bəşər Əsədin 2013-cü ildə Suriyanın Şərqi Quta bölgəsində həyata keçirilən kimyəvi hücumda “cinayət ortağı” olması səbəbilə onun həbsinə dair orderi təsdiqləyib. Bəyanatda işin istintaq hakimlərinə qaytarılacağı və zərurət yaranarsa, prokurorluğun Ali Məhkəməyə müraciət etmək üçün 5 gün müddətinin olduğu da bildirilib. Bizimyol.info xəbər verir ki, Paris Apellyasiya Məhkəməsinin yazılı açıqlamasında qeyd olunub ki, Fransa Milli Terrorla Mübarizə Prokurorluğu (Pnat) tərəfindən Əsədə qarşı çıxarılan həbs qərarının “prezidntin toxunulmazlığı” səbəbiylə etibarsız elan edilməsi tələbi ilə edilən ləğv ərizəsi rədd edilib və həbs qərarı təsdiq edilib. İstintaq çərçivəsində bəyanatda bildirilib ki, “Kimyəvi silahdan istifadənin qadağan edilməsinin beynəlxalq hüququn bir hissəsi olduğu və bu cinayətlərin rejim rəhbərinin rəsmi vəzifələrindən sayıla bilməyəcəyi” qənaətinə gəlinib, “Suriya Əsədi bu cinayətlərə görə mühakimə etməyəcək, rejim liderinin şəxsi toxunulmazlığından imtina etməyəcək” və Bəşər Əsəd üçün Fransada verilən həbs qərarının qüvvədə olduğu bildirilib. Bəyanatda işin istintaq hakimlərinə qaytarılacağı və zərurət yaranarsa, prokurorluğun Ali Məhkəməyə müraciət etmək üçün 5 gün müddətinin olduğu da qeyd edilib. 2023-cü ilin noyabrında məhkəmə Əsədi 2013-cü ildə Şərqi Qutada kimyəvi hücumlarda insanlığa qarşı cinayətlərdə və hərbi cinayətlərdə iştirakda ittiham edib və onun həbsinə order verib. Haqqında həbs qərarı çıxarılanlar arasında Əsəd, onun qardaşı, Suriya ordusunun 4-cü diviziya komandiri Mahir Əsəd və rejim generalı da var. Paris məhkəməsi 2013-cü ildə 2021-ci ildə kimyəvi hücumlarla bağlı istintaqa başlayıb. Suriya rəhbərliyi 21 avqust 2013-cü ildə paytaxt Dəməşqin Şərqi Quta bölgəsində kimyəvi silahdan istifadə edərək 1400-dən çox dinc sakini qətlə yetirib. 2018-ci ildə Şərqi Quta Suriya administrasiyasının ən sərt blokada tətbiq etdiyi və demək olar ki, bütün silahlardan istifadə etdiyi bölgə olub. Bölgədəki müxalifət gücləri Dəməşq rəhbərliyi və Rusiya ilə bağladıqları məcburi razılaşma nəticəsində 2018-ci ilin aprelində Şərqi Qutanı boşaltmalı olub. Qadir, Bizimyol.info

Избранный
51
3
bizimyol.info

5Источники